Gömrük Komitəsi büdcəyə 2,4 milyard manat köçürüb
Bu ilin 11 ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 632 milyon 969,14 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 milyard 64 milyon 339,54 min manat, aksizlər üzrə 78 milyon 248,7 min manat, yol vergisi üzrə isə 31 milyon 842,63 manat təşkil edib.
Xatırladaq ki, 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununa əsasən, Dövlət Gömrük Komitəsi üçün 2 milyard 250 milyon manat illik büdcə öhdəliyi müəyyənləşdirilib. Bu ilin noyabrın 16-da faktiki olaraq 2 milyard 300 milyon manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməklə 2017-ci il üzrə müəyyən olunan 2 milyard 250 milyon manat illik büdcə öhdəliyi vaxtından əvvəl 50 milyon manat artıq və ya 102 faiz yerinə yetirilib.
AzVision.az