Pambıq tədarükü 220 min tonu ötüb
Aqrar sektorda ənənəvi təsərrüfat sahələrinə, o cümlədən pambıqçılığa diqqətin artırılması, dövlətin hərtərəfli dəstəyi artıq öz bəhrəsini verməkdədir. Yanacaq və motor yağlarına görə subsidiya verilməsi, istehsalçılara mineral gübrələrin, müasir texnika və avadanlıqların güzəştli qiymətlərlə satılması, seleksiya və elmi-tədqiqat işlərinin genişləndirilməsi, toxumçuluğun dövlət tərəfindən dəstəklənməsi sahənin inkişafına stimul yaradır.
Pambıqçılığın inkişafına dair Dövlət Proqramında 2022-ci ilədək xam pambıq istehsalının 500 min tona çatdırılması qarşıya hədəf kimi qoyulub. Bu tədbirlərin davamı olaraq, gələn il pambığın alış qiyməti hər ton üçün 100-110 manat artırılacaq.
AzVision.az
Teqlər: pambıq