Könüllü sığorta bazarı üzrə haqlar artıb
Cari ilin ilk 11 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,79 manatı sığorta hadisələrinin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 48,61 manat olub.
Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 milyon 960 min manat artaraq 335 milyon 764 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 13 milyon 688 min manat artaraq 179 milyon 720 min manata yüksəlib.
Cari ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta haqlarının 67%-i könüllü, 33%-i icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin isə 78 %-i könüllü, 22%-i icbari sığorta növlərinin payına düşüb.
AzVision.az
Teqlər: sığorta