Bağlanan bankların əmlakı satışa çıxarılır
Ləğv prosesində olan “Atrabank” ASC-nin balansında olan 1 (bir) ədəd “Ford Focus”, 1 (bir) ədəd “Mitsubishi Pajero” markalı minik avtomobilləri və 2 (iki) ədəd embosser hərraca çıxarılır.
Bundan başqa, ləğv prosesində olan “Kredobank” ASC-nin balansında olan qeyri-yaşayış sahəsi və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bağ evi satışa çıxarılır.
Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında (Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. Ünvanda) 16.01.2018-ci il tarixində saat 11:00 da keçiriləcək.
Maraqlananlar əlavə məlumatı https://azvision.az/redirect.php?url=http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu linki vasitəsilə və 566-70-25, 566-79-67 telefonlarla əldə edə bilərlər.
AzVision.az