Uşaqlar məktəbəqədər təhsilə niyə cəlb olunmur? - Səbəblər
Məlumatda bildirilib ki, Azərbaycanda, xüsusilə Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrində mövcud yerlər azdır: “Hər il yeni özəl bağçaların fəaliyyətə başlamasına baxmayaraq, özəl bağçalarda ödəniş orta gəlirli azərbaycanlı ailə üçün yüksək hesab oluna bilər. Belə ki, özəl bağçalarda aylıq ödəniş orta hesabla 300-400 manat, daha keyfiyyətli özəl bağlarda isə 600-700 manat təşkil edir. Aydındır ki, bir çox ailələrin bunu ödəmək imkanı olmur”.
Hesabatda qeyd edilib ki, 2019-2020-ci dərs ilində ölkə üzrə 147492 uşaq məktəbəhazırlığa cəlb ediləcək: “Bu, bütün məktəbəhazırlıq yaşında olan uşaqların 90 faizini əhatə edəcək. Onların 31253 nəfəri Bakının, 5063 nəfəri Sumqayıtın, 3929 nəfəri Gəncənin, 1496 nəfəri Mingəçevrin, 2401 nəfəri Abşeronun payına düşəcək.
Azərbaycanda 2016-ci ildə məktəbəhazılıq yaşında (5-6 yaş) olan uşaqların yalnız 24 faizi məktəbəqədər təhsilə cəlb olunub. Bu göstərici Bakı və digər şəhərlərə nisbətən rayon və kənd yerlərində aşağı səviyyədə olub”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Təhsil-Nazirliyi Məktəb Şagird