2018-ci ildə internet istifadəçilərini gözləyən təhlükələr açıqlandı

2018-ci ildə internet istifadəçilərini  gözləyən təhlükələr açıqlandı
  20 Dekabr 2017    Oxunub:2638
Hazırda Rusiyada orta hesabla hər evdə 2 kompüter və 4 mobil qurğu var. Onlardan hamısı İnternetə çıxış imkanına malikdir. Təəccüblü deyil ki, istifadəçilərin 15%-i şəbəkədə həftədə 50 saatdan çox keçirirlər – və bu göstərici yalnız asudə vaxtı əks etdirir.
AzVision.az xəbər verir ki, gündəlik həyatda İnternetin əvəzedilməzliyini və ağıllı rəqəmli qurğuların sayının daim artmasını nəzərə alaraq, “Kaspersky Lab” şirkəti sıravi istifadəçilərə, onların gündəlik işlərinə və vərdişlərinə ən yaxından təsir göstərə biləcək təhdidləri proqnozlaşdırıb.
Ekspertlərin fikrincə, 2018-ci ildə cinayətkarlar adət olunmuş qurğuların sərhədlərindən çıxıb, İnternetə qoşulmuş yeni sistemlərin (məsələn, avtomobillərin və ya tibbi cihazların) fəal hücumuna başlaya bilər. Belə ki, cinayətkarlar sahibinin smartfonunu yoluxdura və avtomobilin müxtəlif funksiyalarını idarə edən mobil proqramı manipulyasiya edə bilərlər.

Ekspertlərin qiymətləndirməsinə görə, gələn il İnternetə qoşulmuş tibbi qurğuların sayı 19 milyonadək artacaq. Səhhətə nəzarət etməyə kömək edən 100 milyon fitnes qolbaqları da daxil olmaqla, tibbi qurğular hakerlərin maraq dairəsində olacaq. Belə qurğulara edilmiş hücumlar müxtəlif ola bilər: sahibin fərdi məlumatlarının oğurlanmasından tibbi cihazlarda (məsələn, insulin dozatorunda) qurmaların dəyişilməsinə qədər və bunlar hamısı pasiyentin həyatı üçün təhlükəlidir.

Yaxın vaxtlarda xüsusi risk zonasında mobil cihazların istifadəçiləri olacaqlar. Hazırda İnternetin həmişə və hər yerdə əlçatan olmasına görə insanlar daha çox ənənəvi kompüterlərin deyil, smartfonların istifadəsinə üstünlük verirlər. Məsələn, Rusiyada istifadəçilərin 41%-i onlayn-bankinq sistemlərinə məhz mobil qurğular vasitəsilə qoşulurlar. Bununla əlaqədar 2018-ci ildə cinayətkarların səylərinin çoxsu məhz smartfonlara və planşetlərə yönəldiləcək. Özü də kibercinayətkarların maraq dairəsində istifadəçi pullarının bütün mümkün mənbələri olacaq, o cümlədən kriptovalyuta pul kisələri və müxtəlif bonuslarla əlavələr.
Nəhayət, cinayətkarlar böyük botnetlərin yaradılması üçün müxtəlif ev qədcetlərini sındırmağa davam edəcəklər. Routerlərin, veb-kameraların, termostatların və evdə olan digər ağıllı qurğuların çoxlu zəiflikləri var, və təcrübə göstərir ki, kibercinayətkarlar bu zəiflikləri məharətlə istifadə edirlər. Bu cür fəaliyyətin qarşısını almaq üçün, ekspertlər ən azından, bu qurğuların standart zavod parollarını dəyişdirmək tövsiyə edirlər həmçinin onlar üçün ayrıca şəbəkə ayırmaq ki, hakerlər yoluxma halda əsas qurğuları hücum etməyə bilməsinlər.

“Ünsiyyət, alış-veriş, istirahətin planlaşdırılması, yeni və köhnə sevimli filmlər ilə axşamlar, oyunlar və musiqi, son vaxtlar isə həmçinin müxtəlif ev qədcetlərin və sistemlərin idarəsi – bütün bunlar İnternet və çoxsaylı rəqəmli qurğular sayəsində bizim üçün istənilən zaman əlçatandır. Biz heç bir halda cinayətkarların pis niyyətlərinə görə bu rahatlıqdan məhrum olmamalıyıq. Bir çox hallarda istifadəçilər qurğuların standart zavod parollarını dəyişərək, sayıqlıq göstərərək və müasir qoruyucu həllərdən istifadə edərək özləri öz rəqəmli qurğuların təhlükəsizliyinə nəzarət edə bilərlər. Biz isə, öz növbəmizdə, kibertəhlükələrin inkişaf istiqamətini diqqətlə izləyirik və, kibercinayətkarları qabaqlamaq və yeni ağıllı sistemləri və onların istifadəçilərini qorumaq üçün əlimizdən gələni edirik”, - “Kaspersky Lab” şirkətinin Rusiya Araşdırma Mərkəzinin rəhbəri Yuri Namestnikov bildirib.

Ev istifadəçilərin gələn ildə rastlaşacağı mümkün təhdidlər haqqında daha ətraflı məlumatı "Kaspersky Lab" şirkətinin analitik portalında oxuyun: https://securelist.ru/ksb-threat-predictions-for-connected-life-in-2018/88086/.
*Rusiya üzrə göstəricilər. Tədqiqat “Kaspersky Lab”ın sifarişi iləbu ilin avqust ayında “B2B International” şirkəti tərəfindən aparılıb. Sorğuda 32 ölkədən olan internet istifadəçiləri iştirak edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Kaspersky  





Xəbər lenti