Qalatasarayda şok istefa

Qalatasarayda şok istefa
  26 Sentyabr 2013    Oxunub:1496
Həsən Şaş və Ümit Davala futbolçularla vidalaşaraq klubu tərk etdi.
Futbol Fatih Terimin köməkçiləri Hasan Şaş, Ümit Davala da postlarından imtina ediblər. Qalatasaray köməkçi məşqçiləri klubun dünən Terimin işinə son verməsindən sonra bu addımı atıblar. AzVision.az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Həsən Şaş və Ümit Davala futbolçularla vidalaşaraq klubu tərk ediblər. Qalatasarayın digər məşqçisi Tafarelin isə qərarı hələki dəqiqləşməyib.

Xatırladaq ki, dünən “Qalatasaray” rəhbərliyi baş məşqçi Fatih Terim ilə yolları ayırıb. Klubun mətbuat xidmətinin rəhbəri Şükrü Ərgün “NTV Spor” a açıqlamasında təcrübəli mütəxəssisin işinə son verildiyini deyib.

Qeyd edək ki, İstanbul təmsilçisi Fatih Terimin istefasından sonra boş qalan baş məşqçi postuna italiyalı mütəxəssis Roberto Mançinini gətirmək istəyir.



Teqlər:





Xəbər lenti