Azərbaycan 460 milyon ton neft ixrac edib
Onun sözlərinə görə, Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənilməsinə başlanıldığı 1997-ci ilin noyabrından 2017-ci ilin dekabrın 1-nə kimi olan müddətdə 445 mln. ton neft və 140 mlrd. kubmetr səmt qazı hasil edilib:
“Azəri-Çıraq-Günəşli”dən hasil olunan ümumi neftin 250 mln. tonu və ya 56%-i Azərbaycanın mənfəət neftinin payına düşür. 2017-ci ilin dekabrın 1-nə Azərbaycanın dünya bazarlarına ixrac etdiyi 460 mln. ton neftin 350 mln. tonu Bakı-Tbilsii-Ceyhan əsas boru kəməri vasitəsilə ixrac edilib”.
AzVision.az