Nazirlik elektron satınalmaların tətbiqinə hazırlaşır
E-satınalmanın tətbiqi nəticəsində satınalmaların mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsinə nail olunacaq. Bu, müvafiq xərcləri azaltmağa, satınalma prosesini sürətləndirməyə imkan verməklə yanaşı, bir pəncərə prinsipinin tətbiqi sayəsində şəffaflığın artırılmasına şərait yaradacaq. Elektron satınalmaların pilot olaraq, Dövlət Xidmətinin idarə etdiyi beynəlxalq layihələrdə həyata keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Dövlət Xidməti hazırda Dünya Bankı, İslam İnkişaf Bankı və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) ilə birgə 3 iri layihə həyata keçirir. Bu layihələrdən başqa, aqrar sahədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Avropa İttifaqı, Türkiyə, Yaponiya hökumətləri ilə texniki yardım və qrant layihələri icra edilir. Dövlət Xidməti, həmçinin fermerlərə dövlət tərəfindən verilən kənd təsərrüfatı kreditlərini idarə edir.
AzVision.az
Teqlər: FAO Kənd-Təsərrüfatı-Nazirliyi