Xaricdə pulsuz oxumaq istəyənlərin nəzərinə!

Xaricdə pulsuz oxumaq istəyənlərin nəzərinə!
  08 Yanvar 2018    Oxunub:3068
Azərbaycan Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı” çərçivəsində Macarıstanda ali təhsil üçün sənəd qəbulu elan edilib.
AzVision.az-ın Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, 2018/2019-cu tədris ili üçün Macarıstan təqaüd proqramı Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün tam bakalavriat və magistratura təhsil proqramları üzrə, kənd təsərrüfatı, su idarəetməsi (10 təqaüd), təbiət elmləri, davamlı inkişaf (20 təqaüd), turizm (15 təqaüd), mühəndislik, informasiya texnologiyaları, texnologiyalar (75 təqaüd), iqtisadiyyat, biznes və idarəetmə elmləri (55 təqaüd), doktorantura təhsili (istənilən maraq dairəsi üzrə - 25 təqaüd) üzrə təqaüd ayrılacağı nəzərdə tutulub.

Təhsil yerinə gediş-gəliş xərcləri tələbələrin özləri tərəfindən qarşılanır. Namizədlərin elektron müraciət formasını doldurmaları üçün yekun tarix 16 fevraldır.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Macarıstan  





Xəbər lenti