Keçən il ölkəmizə 14,6 milyard sərmayə qoyulub
Dövlətimizin başçısı vurğulayıb ki, bu il sərmayə qoyuluşu əvvəlki ilin səviyyəsində olacaq. “Biz hesablamalar aparmışıq və təxminən 15 milyard dollar səviyyəsində sərmayə qoyuluşu gözlənilir. Bu rəqəm arta da bilər və biz çalışmalıyıq ki, bu, artsın. Çünki Azərbaycan bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün çox cəlbedici ölkəyə çevrilibdir. Həm iqtisadi sabitlik, valyuta ehtiyatlarımız, siyasi sabitlik və Azərbaycanda həyata keçirilən önəmli layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin cəlb edilməsində bizə kömək göstərəcək”, - deyə Prezident İlham Əliyev əlavə edib.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident