Bank Ombudsmanı Avropa İttifaqı ilə razılaşdı
İ.Kərimov Bank Ombudsmanının yaranma zərurəti, görülmüş işlər, müraciətlərin statistikası, tərəfdaş banklar, qarşıya çıxan problemlər və onların həlli yolları, qurumun beynəlxalq əlaqələri haqqında məlumat vermiş və gələcəkdə görülməli olan işlərdən danışıb. O, müasir dövrdə banklar ilə müştərilər arasında yaranan fikir ayrılıqlarının məhkəmədən getmədən həllinin böyük əhəmiyyət kəsdiyini vurğulayıb, az təminatlı ailələrin qarşılaşdıqları bu problemlərin həllinə nail olmasının vacibliyini xüsusilə qeyd edib. Bu sahədə olan beynəlxalq təcrübənin, eləcədə bu il qəbul olunması planlşdırılan Maliyyə Ombudsmanı haqqında Qanun layihəsi ətrafında aparılan müzakirələrin önəmli olduğunu qonaqların nəzərinə çatdırıb.
Avropa İttifaqının nümayəndəsi cənab R. Simaitis də, öz növbəsində Azərbaycanda belə bir institutun yaranmasının mühüm bir addım olduğunu bildirib, bu sahədə görülən işləri yüksək qiymətləndirib. O qeyd edib ki, mediasiya sahəsində Ehtiyacların Qiymətləndirilməsi Hesabatını hazırlamaq üçün fakt araşdırıcı missiya, məlumatlandırmanın artırılması üçün seminarların keçirilməsi, əsas iştirakçı tərəflərlə işçi qrup müzakirələri, təlim səfəri və ölkədə mediasiyanın inkişaf etdirilməsi üçün Yol xəritəsinin hazırlanması da bu layihəyə daxildir. Bu sahədə də Bank Ombudsmanının fəaliyyətinin əhəmiyyəti böyükdür.
Sonda Bank Ombudsmanı ilə Avropa İttifaqı və dövlət orqanları ilə bu sahədə əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsi və İşçi Qrupunun işinə dəstək veriləcəyi haqqında razılıq əldə olunub.
AzVision.az
Teqlər: Bank-Ombudsmanı Avropa-İttifaqı