Vergi proqnozu 106,2 faiz icra edilib
Bildirilib ki, nağdsız əməliyyatların genişləndirilməsi məqsədilə muxtar respublikada aparılmış təbliğat tədbirlərinin nəticəsi olaraq 2017-ci ildə nağdsız hesablaşmaların həcmi 30 milyon 799 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 3 milyon 97 min manat çoxdur. İşəgötürən fiziki şəxslər tərəfindən əməkhaqqından ödənilən gəlir vergisi məbləği hesabat dövründə 126 min 650 manat olub. Bu da 2016-cı illə müqayisədə 12 min manatdan çox deməkdir.
AzVision.az