Avropa İttifaqının nümayədəsi Gəmiçilikdə olub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev şirkətin dünəni və bu günü haqqında qonaqlara məlumat verib. O, bildirib ki, Gəmiçilik qarşısında qısa, orta və uzunmüddətli hədəflər qoyub və inamla bu hədəfləri reallaşdırmağa çalışır. Avropalı qonaqların diqqətinə çatdırılıb ki, neft və nəqliyyat donanmaları olan Gəmiçiliyin hazırda Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında 13 gəmisi üzür. Şirkətin şəffaf fəaliyyətinin də əsas prioritet olduğunu deyən sədr beynəlxalq audit şirkəti olan “Ernst & Young”-ın illik maliyyə hesabatlarının internet səhifəsində hər kəs üçün açıq olduğunu bildirib. Rauf Vəliyev Gəmiçiliyin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrunda oynadığı roldan, onun tranzit imkanlarından da danışıb.
Sonda “AXDG” QSC-nin sədr müavini Fərhad Quliyev Gəmiçiliyin fəaliyyətini əks etdirən təqdimatla çıxış edib.
AzVision.az