Palata nöqsanlarla bağlı Baş Prokurorluğa müraciət etdi
Bundan başqa, müəssisədə əməliyyatların baş verməsi faktını əks etdirən ilkin uçot sənədlərinin toplanması, həmin əməliyyatlar üzrə memorial orderlərin yazılması və mühasibat qeydlərinin memorial orderlərdən maliyyə hesabatlarına köçürülməsi zamanı bəzi hallarda nöqsanlara yol verilib, uçota alınan xərclər maliyyə hesabatlarının bölmələrinə və maddələrinə uyğun təsnifləşdirilməyib, əsaslı təmir xərci kapitallaşdırılmış məsrəflər kimi uçota alınmayaraq xərcə silinib, nəqliyyat vasitələrinə artıq amortizasiya hesablanıb.
Hesablama Palatasının Kollegiyası Respublika Gigiyena və Epidemologiya Mərkəzi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Mərkəzə, eyni zamanda auditin nəticələri ilə bağlı məlumat aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilib.
Eyni zamanda, nəzarət tədbiri zamanı dövlət büdcəsindən ayrılan vəsaitdən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq satınalma proseduru keçirilmədən vəsait xərclənməsinə görə qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədilə müvafiq məlumatlar Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilib. Auditin nəticələri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə məlumat verilib.
AzVision.az
Teqlər: Hesablama-Palatası