Azərbaycan nefti ucuzlaşıb
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 29-da 70,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,03 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 29-da 66,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,37 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 29-da 68,59 dollar/barel təşkil edib. Bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,44 dollar/barel azdır.
AzVision.az