Nazir Pərviz Şahbazovdan yeni sədr təyinatı
Samir Axundov 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-1998-ci illərdə “İnformatika” elmi-istehsalat birliyində mühəndis və “Simko” Ticarət və Sənaye ASC-nin Energetika departamentində çalışıb. 1998-2018-ci illərdə "Siemens AG"-nin Azərbaycan nümayəndəliyinin enerji istehsalı və ötürülməsi departamentinin, daha sonra nümayəndəliyin, "Siemens AG" Avstriyanın Azərbaycandakı nümayəndəliyinin, "Siemens AG" Almaniyanın Azərbaycandakı filialının rəhbəri olub. “Alman- Azərbaycan” Biznes Assosiasiyasının sədri, “Alman-Azərbaycan” Ticarət Palatasının İdarə Heyətinin sədri kimi də fəaliyyət göstərib. Samir Axundov energetika üzrə fəlsəfə doktorudur.
Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə yaradılıb.
AzVision.az
Teqlər: Energetika-Nazirliyi Agentlik Sədr