Dekabr ayı üzrə bank sektorunun icmal göstəriciləri
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,431 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,171 nəfər təşkil edib. Dekabr ayında sektorda filial və ATM sayının azalması əsasən “Dəmir Bank” ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı olub. “Dəmir Bank” ASC nəzərə alınmadan dekabr ayında sektorda işçi sayı 63 nəfər artıb.
31 dekabr 2017-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.
AzVision.az