177 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb
Hərraca çıxarılan səhmdar cəmiyyətləri arasında isə pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr - “Zaqatala Fındıq”, “Anar”, “Xəzər Avtonəqliyyat”, “Salyan Kəndkimya”, “Lənkəran Mebel”, “Əli Bayramlı Aqrotəmir” və digərləri var.
Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 64-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Bunlardan 13-ü Bakının Nərimanov, 11-i Binəqədi, 6-sı Yasamal, qalanları isə Sabunçu, Nizami, Qaradağ, Səbail, Xətai və Pirallahıda yerləşir. Regionlar üzrə qeyri-yaşayış sahələri Gəncədə, Sumqayıtda, Ucarda, Mingəçevirdə və başqa bölgələrdə yerləşir. Belə əmlakların sahəsi 10 kv.m ilə 420 kv.m arasında dəyişir.
Nəqliyyat vasitələrinin isə markaları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 1372 manatla 2595 manat arasında dəyişir.
AzVision.az
Teqlər: Dövlət-əmlakı Hərrac