Bakıda 51 mindən çox uşaq birinci sinfə gedəcək

Bakıda 51 mindən çox uşaq birinci sinfə gedəcək
  21 Fevral 2018    Oxunub:3137
"2018/2019-cu tədris ili üzrə Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda təqribən 16-17 min şagirdin 1-ci sinfə getməsi planlaşdırılır"
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, həmin şagirdlərin 60 faizi, yəni 8 min nəfərdən çoxu məktəbəhazırlıq qruplarında təhsil aldıqları üçün onlar 1-ci sinfə birbaşa qəbul olunacaqlar.

"Ötən il ölkə üzrə 5 yaşı tamam olan uşaqların 55, bu il isə 65 faizi məktəbəhazırlıq qruplarında təhsil alıb".

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov bildirib ki, Bakı şəhəri üzrə bu il birinci sinifə qəbul olan şagirdlərin sayında artım müşahidə olunacaq.

"Ötən il Bakı şəhəri üzrə 50 minə yaxın şagird birinci sinifə qəbul olunmuşdu. Bu il isə 51 mindən çox uşağın birinci sinifə qəbulu nəzərdə tutulur".

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Məktəb  





Xəbər lenti