Bu il 35 geomaqnit qasırğası olacaq

Bu il 35 geomaqnit qasırğası olacaq
  20 Mart 2018    Oxunub:2402
Bu il Yer kürəsində 35 geomaqnit qasırğası baş verəcək. Qasırğalardan biri sabah - martın 21-də gözlənilir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, sabah baş verəcək kosmik hava hadisəsi zəif olacaq. Lakin martın 22-si və 26-da baş verəcək növbəti qasırğa isə orta səviyyəlidir və bu da meteohəssas insanlara təsirsiz ötüşməyəcək.

Bundan başqa, martın 26-sı və aprelin 6-dan sonra maqnit qasırğaları gözlənilmir.

Alimlərin fikrincə, il ərzində gözlənilən 35 geomaqnit qasırğasından bir neçəsi çox güclü olacaq.

AzVision.az


Teqlər: geomaqnitqasırğası  





Xəbər lenti