Aprelin 1-də ilk sınaq imtahanı keçirəcək
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23579 abituriyent qeydiyyatdan keçib.
Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanların idarə edilməsi üçün 147 imtahan rəhbəri, 1408 nəzarətçi-müəllim ayrılıb.
Abituriyentlərin nəzərinə çatdırılır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.
AzVision.az