Bakıda hər iki oyun 1:1 qutardı

Bakıda hər iki oyun 1:1 qutardı
  05 Oktyabr 2013    Oxunub:1530
Bakıda hər iki oyun sülhlə başa çatdı. Turun digər oyunları da bu gün olacaq.
Bu gün Azərbaycan Premyer Liqasında IX turun oyunlarına start verilib.

AzVsison.az Trend-ə istinadən xəbər verir ki, Bakıda AZAL Zaqatalanın "Simurq" komandasını qəbul edib. Əvvəlcə təyyarəçilər fərqlənib - Qərib İbrahimov, 23. 52-ci dəqiqədə Rəşad Eyyubov penalti zərbəsindən dəqiq yararlanaraq hesaba tarazlıq gətirib - 1:1.

Turun digər oyunu da Bakıda baş tutub. "Rəvan" "Xəzər Lənkəran"la qarşılaşıb. 17-ci dəqiqədə Sohib Savankulov bakılıları sevindirib. Lənkəranlıların cavab qolu xeyli gecikib - 75-ci dəqiqədə Junior Nildo istəyinə çatıb - 1:1.

IX turun digər oyunlarının nəticələri:
"Sumqayıt" - "İnter" - 0:2
"Qəbələ" - "Neftçi" - 1:2

Qeyd edək ki, turun bütün oyunları bu gün keçiriləcək.


Teqlər:





Xəbər lenti