“Təklif edirlər ki, “qrammatika” sözü bir “m” ilə yazılsın” - Akademik
“Bu ay ərzində İşçi Qrupunun son iclası olmalıdır. Həmin iclasdan sonra məsələ Orfoqrafiya Komissiyasına çıxarılmalıdır. Biz yalnız redaktə xarakterli işlər etmişik. Qəbul olunan təkliflərə baxıb, onları sistemləşdirmişik. Həmin təkifləri Orfoqrafiya Komissiyasının gündəliyinə çıxaracağıq. Təkliflər arasında yeniliklər də var. Məsələn, təklif edirlər ki, “qrammatika” sözü bir “m” ilə yazılsın və s. Komissiya baxıb yekun qərarını verəcək. Daha sonra isə sənəd Nazirlər Kabinetinə təqdim ediləcək”.
Qeyd edək ki, “Orfoqrafiya Komissiyasının “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi əsasında bəzi sözlərin yazılış qaydalarının dəyişdirilməsi, məsələn, “əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması və digər təkliflər cəmiyyətdə birmənalı qarşılanmayıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: Orfoqrafiya Akademik