Gəncədə Mir Cəlal Paşayevin ildönümü keçirilib - Video

Gəncədə Mir Cəlal Paşayevin ildönümü keçirilib - Video
  26 Aprel 2018    Oxunub:3812
Gəncədə görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110-cu ildönümü ilə bağlı tədbir keçirilib.
AzVision.az xəbər verir ki, Gəncədə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə elm xadimi, alim, pedaqoq Mir Cəlal Paşayevin Gəncədəki ev muzeyində yubiley tədbiri təşkil olunub. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, professor İbrahim Quliyev, şəhər ziyalıları və KİV nümayəndələri iştirak ediblər. Elmar Vəliyev görkəmli elm xadimi, professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığına nəzər salıb. Bildirib ki, onun bədii və elmi irsinin, zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri var. İstedadlı qələm ustası olan Mir Cəlal Paşayev Azərbaycanın ədəbiyyat xəzinəsini öz nəsr əsərləri ilə daha da zənginləşdirib.

Bildirib ki, onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin “Klassik irs və müasirləri”mizə dair məqalələri, monoqrafik tədqiqatları, “Azərbaycanda ədəbi məktəblər” mövzusunda yazdığı doktorluq dissertasiyası, “Füzuli sənətkarlığı”, “Cəlil Məmmədquluzadə realizmi haqqında” və s. bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.

Professor İbrahim Quliyev isə bildirib ki, Əməkdar elm xadimi 1928-ci ildən ədəbi fəaliyyətə başlayıb. “Kommunist” qəzetində şöbə müdiri, “Gənc işçi” qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi olub (1932–1935). Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyyət göstərib. Tədbirdə vurğulanıb ki, Mir CəlalPaşayev 1928-ci ildən ədəbi fəaliyyətə başlayıb. “Kommunist” qəzetində şöbə müdiri, “Gənc işçi” qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi işçi olmuşdur. Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyət göstərmişdir. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur. Sonda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və solistləri musiqi proqramı ilə çıxış edib.
Yubiley tədbirində Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında “Mir Cəlal” ədəbi –bədii kompazisiya nümayiş etdirilib.



AzVision.az




Teqlər: Gəncə  





Xəbər lenti