Sərbəst yürüşün qalibi müəyyənləşib - (Yenilənib)
***
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula 2 yarışı üzrə ikinci sərbəst yürüşlərə start verilib.
AzVision.az xəbər verir ki, yarışda 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıda FIA Formula 2 sinfində avtoyürüşlərin praktiki sessiyası keçirilib. İlkin sərbəst yürüşdə "Carlin" komandasının braziliyalı pilotu Serjiu Sette Kamara hamıdan üstün olub. O, 1:57.136 dəqiqə nəticə ilə birincilik qazanıb.
İkinci yeri "Campos Vexatec Racing"in italiyalı pilotu Luka Gyotto (1:57.208), üçüncü yeri isə "MP Motorsport"un pilotu Ralf Boşunq (1:57.629) tutub.
Eldar Tanrıverdiyev
AzVision.az