Komitə sədri yeni nazirin təklifini dəstəklədi - Qanun dəyişəcək

Komitə sədri yeni nazirin təklifini dəstəklədi - Qanun dəyişəcək
  29 Aprel 2018    Oxunub:6049
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli "Təhsil haqqında" qanuna ediləcək dəyişikliklərə münasibət bildirib.

Komitə sədri AzVision.az-a bildirib ki, 2009-cu ildə qəbul edilən qanun dəyişən və inkişaf edən zamana uyğunlaşdırılmalıdır.
İ.Həbibbəyli nazirin təklifinə cavabında deyib: "Təhsil haqqında" qanun çərçivə qanunların əsas müddəalarını özündə əks etdirir. Burada uzun vədəli inkişaf üçün əhəmiyyətli cavablar öz əksini tapıb. Qanun 2009-cu ildə qəbul edilib, bundan xeyli vaxt keçir. Zaman dəyişir, həyat inkişaf edir. Azərbaycan dünyaya inteqrasiya edir, böyük işlər görülür. Burada təhsilin özündə də yeniliklər, inkişaf səviyyələri müəyyən olunur. Dinamik inkişaf edən təhsil mühitinin daha da inkişaf etdirilməsinə kömək üçün "Təhsil haqqında" qanuna əlavə və düzəlişlərin edilməsi labüddür. Belə təklif Təhsil Nazirliyi tərəfindən irəli sürülüb. Qurum tərəfindən mövcud reallığı ifadə edən təkliflər Elm və təhsil komitəsində təsdiqlənir. Çünki bu, vahid prosesdir və təhsilin inkişafına kömək etmək hər birimizin borcudur"

Qeyd edək ki, Təhsil Nazirliyində “Təhsil haqqında” qanuna dəyişikliklərin edilməsi barədə təkliflər paketi hazırlanıb. Təhsil naziri Ceyhun Bayramov bildirib ki, yaxın zamanlarda təkliflər paketi baxılması üçün Milli Məclisə təqdim olunacaq.

Nazirin sözlərinə görə, dəyişikliklərdən sonra müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübə tətbiq ediləcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: İsa-Həbibbəyli   Qanun   Təhsil  





Xəbər lenti