Qadın güləşçilərimiz iki medal qazandılar
Altmış beş kiloqram çəki dərəcəsində yarışan idmançımız Elis Manolova macar və çex rəqiblərini mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi İsveç güləşçisi olub. Rəqibinə heç bir şans verməyən Elis finala yüksəlib. Gərgin keçən final görüşündə Finlandiya təmsilçisi Petra Olliyə uduzan güləşçimiz çempionatın gümüş medalına yiyələnib.
Əlli yeddi kiloqram çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik ilk mərhələdə Türkiyə, daha sonra ötən ilin Avropa çempionu olan Norveç idmançısına böyük hesabla qalib gələrək yarımfinala yüksəlib. Növbəti mərhələdə Rusiya təmsilçisinə minimal fərqlə uduzan Alyona Kolesnik üçüncü yeri uğrunda qarşılaşmada Belarus idmançısını 36 saniyə ərzində məğlub edərək çempionatın bürünc medalını qazanıb.
AzVision.az
Teqlər: Güləş