"Rəqib təzyiqə davam gətirə bilmədi" - Hacı Əliyev
Qızıl medalların sayının daha çox ola biləcəyini vurğulayan 27 yaşlı pəhləvanımız finalda məğlub etdiyi rusiyalı rəqibi İlyas Bekbulatovun mükafatlandırma mərasiminə qatılmamasından danışarkən deyib: “İkinci hissədə çox hücum etdim və nəticədə rəqib təzyiqə davam gətirə bilmədi. Görüşdən sonra ona sistem qoşmuşdular. Səhhətində problem yaranmışdı. Bu səbəbdən, mükafatlandırma mərasimində onu başqası əvəzlədi”.
Üçqat dünya çempionu olan Hacı Əliyev karyerasında ikinci dəfə qitə birinciliyinin qalibi adını qazanıb.
Teqlər: Hacı-Əliyev