“Təhsil haqqında” qanuna dəyişiklik edilir

“Təhsil haqqında” qanuna dəyişiklik edilir
  24 May 2018    Oxunub:2443
Azərbaycanda ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar.
AzVision.az-ın məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, bununla bağlı “Təhsil haqqında” qanunda dəyişiklik edilir.

Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə edilən əlavəyə əsasən, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar. ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Elm   Komitə   Məktəb  





Xəbər lenti