“Qarabağ” Ozobiçlə müqavilə bağladı
Qeyd edək ki, “Mladost” klubunun yetirməsi olan xorvatiyalı yarımmüdafiəçi peşəkar karyerasına Rusiyanın “Spartak” (Moskva) klubunda başlayıb, 2012-ci ildə isə karyerasını icarə əsasında vətənində “Hayduk” (Split) klubunda davam etdirib. 2013-cü ildə Xorvatiyanın “Slaven” klubuna transfer olunub. Bu klubda 3 mövsüm keçirən Filip 2016-ci ildə “Qəbələ” klubuna transfer olunub. Burada çıxış etdiyi 2 mövsümdə ümumilikdə 74 matçda meydana çıxıb və 25 qol vurub.
Ozobiç Xorvatiyanın aşağı yaş qrupları üzrə milli komandalarında (U-16, U-17, U-18, U-19, U-20 və U-21) forma geyinib və 3 dəfə də ölkəsinin əsas yığmasına dəvət alıb.
AzVision.az