Akif Əlizadə yenidən AMEA prezidenti seçildi - (Yenilənib)

Akif Əlizadə yenidən AMEA prezidenti seçildi - (Yenilənib)
  08 İyun 2018    Oxunub:5326
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçirilib.
AzVision.az xəbər verir ki, AMEA-nın hazırki rəhbəri, akademik Akif Əlizadə yenidən prezident postuna layiq görülüb.

A.Əlizadə seçkidən sonra çıxış edərək, bundan sonra da var gücü ilə çalışacağını deyib: "Prezident İlham Əliyev qarşımıza vəzifələr qoyub. Azərbaycan elmi irəlidə olmalıdır. Qarşıya qoyulan vəzifələrin icrası bizim elmimizin əsas inkişaf yoludur. İslahatları bir qədər də dərinləşdirək, intibah yolunu genişləndirək. Çünki qarşıda duran ən böyük məsələ budur".

Xatırladaq ki, A.Əlizadə ilk dəfə AMEA prezidenti vəzifəsində 2013-cü ildə Mahmud Kərimovun vəfatından sonra seçilib. Buna qədər isə o, akademiyanın vitse-prezidenti olub.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA   Akif-Əlizadə  





Xəbər lenti