Bakıdan Batumi və İstanbula qatar gedəcək

Görüş iştirakçıları hər iki şirkətin təqdimatlarına baxıblar. Sonra potensial müştərilərə (Avropa-İtaliya-Türkiyə-Azərbaycan-son təyinat məntəqəsi və əks istiqamətdə) təqdim ediləcək qərarlar- qiymət, tranzitin vaxtı, kontraktlar və bazarda birgə irəliləmək üçün atılacaq addımlar müzakirə edilib. Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı da müzakirələr aparılıb.
“İtaliya Milli Dəmir Yolları”nın Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Covanni Rokka bildirib ki, Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün potensial imkanları çoxdur. Sonda anlaşma memorandumu imzalanıb.
AzVision.az