Gömrükdə 5 tona yaxın narkotik aşkar edilib

G.Muradlı qeyd edib ki, Komitə bu ilin ilk 5 ayı ərzində 4 ton yarıma yaxın narkotik maddənin qanunsuz dövriyyəsinin qarşısını alıb: “Bunun 1,87 tonu yarımsintetik narkotik vasitə hesab edilən heroin olub. 1 kq heroindən 10 min doza əldə edilə bilər. Bu isə 3-4 milyon insanı narkotik maddə istifadəçisinə çevirə bilər. Hazırda ölkədə rəsmən 30 mindən çox narkotik vasitə istifadəçisi var. Amma real rəqəmin 6-10% çox olduğu bildirilir".
G.Muradlı insanların qanunsuz narkotik vasitə dövriyyəsi üçün ağlagəlməz daşınma vasitələrindən istifadə etdiklərini də vurğulayıb.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Gömrük