AzVision.az-ın məlumatına görə, iki gün davam edən seminarda jurnalistlərə Dövlət Gömrük Komitəsinin yaranma tarixi, gömrük işinin fəlsəfəsi, komitənin strukturu, gömrük nəzarəti metodları, gömrük orqanlarının həyata keçirdiyi fiskal siyasət, gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, elektron gömrük, malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə barədə məlumatlar verilib.
Seminarda mövcud problemlər, sərhəd-keçid məntəqələrində baş verən sıxlıqların səbəbləri və onların aradan qaldırılması yolları barədə müzakirələr olub.
Bağlanış mərasimində vurğulanıb ki, seminar gömrük-media əməkdaşlığına, jurnalistlərin ixtisaslaşmasına böyük töhfədir.
Sonda seminarda iştirak edən jurnalistlərə “Təşəkkürnamə” və xatirə hədiyyələri təqdim olunub.
Elvin Abdulqədirov
Foto: Elvin Abdulla
AzVision.az