Bidzina təbrik etdi- Borçalılara bayram sovqatı

Bidzina təbrik etdi- Borçalılara bayram sovqatı
  15 Oktyabr 2013    Oxunub:1177
Bidzina İvanişvili Qurban bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib.
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Qurban bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib.

Təbrikdə deyilir: "Bu böyük sevinc, ümid, sevgi və ehtiyacı olanlara kömək günüdür. Bu gün siz hamınız ürəkdən sevinirsiniz və mən də səmimi qəlbdən sizin sevincinizə qoşuluram, bayramı sizinlə birgə qeyd edirəm".

Təbrikdə vurğulanır: "Sizə ruh yüksəkliyi, firavanlıq, bizim Gürcüstanımızın möhkəmlənməsini və birləşməsini arzulayıram. Qoy sevinc və xoşbəxtlik sizinlə və sizin ailənizlə birgə olsun, Sizə bizim vətənimiz - Gürcüstanda dinc, sakit həyat arzulayıram".

Çərşənbə axşamı Baş nazir Tbilisidə məscidi ziyarət edərək şəxsən müsəlmanları bayram münasibətilə təbrik edəcək.

Bu arada Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsində imkansız ailələrə Qurban sovqatı payladı.

İlk hədiyyə Marneuli rayonunun Gürcüstan-Ermənistan sərhədində yerləşən kəndlərin sakinlərinə verildi, ümumilikdə rayonun yeddi yaşayış məntəqəsində təxminən 500 ailəyə Qurban sovqatı çatdırılıb.

Mədəniyyət mərkəzinin rəhbəri Fazil Həsənov sakinləri müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək dedi ki, borçalılara daim qayğı və dəstək göstərən Prezident İlham Əliyevin seçkilərdə növbəti parlaq qələbəsi hamını sevindirib və sözün həqiqi mənasında bayram bayrama qarışıb.


Teqlər:





Xəbər lenti