Nizami bunları görsəydi... - KARİKATURA

Nizami bunları görsəydi... - KARİKATURA
  13 İyul 2018    Oxunub:37728
Gəncə - Azərbaycanın təkcə “ikinci böyük şəhəri” deyil; Gəncə - bizim elm, irfan, mədəniyyət mərkəzimiz olmuş, zəngin tarixə malik, böyük şəxsiyyətlər yetirmiş bir möcüzəvi məkanımızdır. Gəncə - sadəcə “şəhər” olmaqdan daha artıq anlayışdır.
Bu şəhərin adı həm də dünyanın ən böyük filosof-şairlərindən biri olan Nizami Gəncəvinin adı ilə assosiasiya olunur. O Nizaminin ki, bütün əsərlərində insanlara müdriklik, humanizm, vətənpərvərlik aşılamağa çalışırdı. Maraqlıdır, özünə “gəncəliyəm” deyib, terror yoluna düşən, dövlətinə atəş açan, qılınc-xəncər qaldıran, vətəndaşını qətlə yetirən həmşəhərlilərini görsə, Nizami Gəncəvi necə reaksiya verərdi? Yəqin ki, xəcalətdən sadəcə, başını aşağı salardı...



Teqlər: Gəncə-hadisələri   Nizami  





Xəbər lenti