Bakıda “Rusiya kinosu həftəsi” keçiriləcək

Bakıda “Rusiya kinosu həftəsi” keçiriləcək
  04 Sentyabr 2018    Oxunub:9954
7-10 sentyabr 2018-ci il tarixində Nizami Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Nizami Kino Mərkəzi və Rusiyanın “Kinofest” Prodüser Mərkəzinin təşkilatçılığı ilə "Rusiya kinosu həftəsi" keçiriləcək.
AzVision.az xəbər verir ki, 7 sentyabr tarixində keçiriləcək açılış mərasimində Rusiya kinematoqrafiyasının tanınmış simaları və “Kinofest” Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcək.

Açılış mərasiminin rəsmi hissəsindən sonra rejissor Serqey Mokritskinin 2018-ci ildə istehsal olunmuş “Çernovik” bədii filmi nümayiş olunacaq.

Qeyd edək ki, kino həftəsi çərçivəsində rejissor Yekaterina Teleqinanın Azərbaycan aktyorlarının da yer aldığı komediya janrında çəkdiyi “Kilimandjara” filmi (8 sentyabr), rejissor Danila Kozlovskinin dram janrında çəkdiyi “Trener” filmi (9 sentyabr) və Klim Şipenkonun dram janrında çəkdiyi “Salyut - 7” bədii filmi (10 sentyabr) şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

Rusiya Kinosu həftəsi çərçivəsində nümayiş olunacaq filmlərin seansları hər gün saat 18:30-da Nizami Kino Mərkəzinin böyük zalında başlayacaq.

Nəzərinizə çatdırırıq ki, nümayişlərə giriş sərbəstdir.

AzVision.az


Teqlər: Rusiya   Kino  





Xəbər lenti