Futbolçunun başını kəsdilər

Futbolçunun başını kəsdilər
  31 Oktyabr 2013    Oxunub:1338
Braziliyada keçmiş futbolçunun başı kəsilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, İsveç Super Liqasında qısa müddət oynadıqdan sonra ölkəsinə qayıdan Braziliyalı futbolçu Joa Radrigonun başı kəsilib. 35 yaşlı futbolçunun başı kəsilərək gözləri çıxarıldıqdan sonra bir paket içərisində evinə göndərilib. O, bir müddət əvvəl evinə gedərkən oğurlanıb. Radriqonu oğurlayanlar ona iki gün işgəncə verdikdən sonra başını kəsiblər. Sonra isə gözlərini çıxararaq, dilini kəsiblər.

J.Radriqonun yaxınları onu kimin öldürdüyünü bilmədiklərini deyirlər. Onların sözlərinə görə, Rodriqo futboldan uzaqlaşdıqdan sonra öz şirkətində çalışırmış. Sakit həyat tərzi keçirən futbolçuya kimin zülm etdiyi hələ də bəlli deyil.


Teqlər:





Xəbər lenti