“Məleykəyə ayda 30-40 manat verəcəyəm” - Xalq artisti
Aktyor Bakı Apellyasiya Məhkəməsinin 14 may 2018-ci il qərarı ilə bağlı təkzib verdiyini bildirib: “Doğrudur, mən onu təhqir etməmişdim, sözlərinə cavab vermişdim. Amma yenə də məhkəmənin qərarını yerinə yetirməli oldum. Buna görə mətbuata təkzib açıqlaması verdim. Min manat cəriməyə gəldikdə isə hələ heç nə verməmişəm. Hər ay 30-40 manat, əlimə pul düşdükcə hissə-hissə onun min manatını verəcəyəm”,- deyə R.Məlik söyləyib.
Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib. Məhkəmə isə Ramiz Məlikə min manat cərimə kəsib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Ramiz-Məlik Məleykə-Əsədova