Gəlin qaynı oğlunun üzərinə benzin tökərək yandırdı

Gəlin qaynı oğlunun üzərinə benzin tökərək yandırdı
  16 Noyabr 2013    Oxunub:1368
Şəmkirdə gəlin qaynının evini yandırmaq istəyib, xəsarət alan var.
Şəmkirdə gəlin qaynı oğlunun üzərinə benzin tökərək yandırıb.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 23 yaşlı Tural Hüseyn oğlu Allahverdiyev yanıq xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralının sifət, boyun, eləcə də döş nahiyəsində ikinci dərəcəli termiki yanıq xəsarətləri aşkarlanıb.

Şəmkir rayon polis şöbəsi əməkdaşlarının ilkin araşdırması nəticəsində məlum olub ki, T.Allahverdiyevə əmisinin həyat yoldaşı 52 yaşlı Azadə Qasımova xəsarət yetirib. Belə ki, A.Qasımova ilə Allahverdiyevlərin ailəsi arasında mülk mübahisə olub. Mübahisəyə son qoymaq məqsədi ilə Azadə qaynının evinə benzin tökərək yandırmaq istəyib. Bu zaman mənzildə olan T.Allahverdiyev yanıq xəsarətləri alıb.

Qeyd edək ki, hadisəni törədən A.Qasımova polis tərəfindən saxlanılıb.


Teqlər:





Xəbər lenti