Azərbaycan NATO-nun “Xeyriyyə bazarı”nda – FOTOLAR

Azərbaycan NATO-nun “Xeyriyyə bazarı”nda – FOTOLAR
  19 Noyabr 2013    Oxunub:1535
NATO-nun Mənzil Qərargahında keçirilən “Xeyriyyə bazarı”nda Azərbaycan da təmsil olunub.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, noyabrın 17-də Brüsseldə NATO-nun Mənzil Qərargahında NATO “Xeyriyyə bazarı” təşkil olunub.

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən verilən məlumata görə, 39 ölkənin iştirak etdiyi “Xeyriyyə Bazarı”nda Azərbaycan milli məhsullardan ibarət stend və milli mətbəxlə təmsil olunub.

Milli stenddə Azərbaycan xalçaları, ipəkçilik və dulusçuluq məhsulları, gümüş bəzək əşyaları, suvenirlər və digər məhsullar satışa çıxarılıb. “Xeyriyyə bazarı”nın beynəlxalq restoran hissəsində Azərbaycan mətbəxinin təamları təqdim edilib.

Azərbaycanın milli stendi və milli mətbəxi ziyarətçilərdə böyük maraq doğurmuş və ölkəmizin mədəniyyəti, tarixi və incəsənətinin uğurlu təbliği baxımından faydalı olub. Tədbir zamanı toplanan bütün vəsait NATO tərəfindən xeyriyyə layihələrinə sərf ediləcək.

Azərbaycanın tədbirdə iştirakı ARDNŞ-in sponsorluğu və Azərbaycanın NATO yanında nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub. “Xeyriyyə bazarı”nda Azərbaycan tərəfindən NATO yanında nümayəndəliyinin, Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşları, ARDNŞ-in Brüssel nümayəndəliyi, İslam Əməkdaşlıq Təşkilatının Brüssel nümayəndəliyi və Avropa Parlamentində təcrübə keçən azərbaycanlı gənclər iştirak ediblər.

Qeyd edək ki, NATO “Xeyriyyə bazarı” 2005-ci ildən qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərir. Məqsədi müxtəlif tədbirlər təşkil etməklə xeyriyyə üçün pul vəsaiti toplamaq, həmçinin NATO hərbi heyəti və hərbi nümayəndəlikləri arasında dostluğu möhkəmləndirməkdir.

Qalereya




Teqlər:  





Xəbər lenti