"Günahın o biri tərəfi " göstəriləcək

 "Günahın o biri tərəfi " göstəriləcək
  05 Aprel 2019    Oxunub:3617
Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı aprelin 25-də ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində özünün populyar "Günahın o biri tərəfi" adlı tamaşasını göstərəcək.
Tanınmış balet truppasının Bakıda qastrolları X beynəlxalq M.Rostropoviç festivalı çərçivəsində baş tutacaq.

B.Eyfmanın R.Vaqner, M.Musorqski və S.Raxmaninovun musiqisi əsasında səhnəyə qoyduğu "Günahın o biri tərəfi" baleti M.Dostoyevskinin "Karamazov qardaşları" romanının xoreoqraf tərəfindən yeni versiyada səhnə həllidir.

Qeyd edək ki, Eyfman tərəfindən tamaşanın ilk quruluşu 1995-ci ildə həyata keçirilib.
Baletin Sankt-Peterburq şəhərində premyerası 29 aprel 2013-cü ildə böyük uğurla baş tutub.

Azvision.az





Teqlər: OperaVəBaletTeatrı  





Xəbər lenti