5 yaşlı uşaq mebel yağı içərək zəhərləndi

5 yaşlı uşaq mebel yağı içərək zəhərləndi
  20 Noyabr 2013    Oxunub:1528
Gəncədə azyaşlı uşaq mebel yağı içərək zəhərlənib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, Gəncədə 5 yaşlı uşaq mebel yağını meyvə şirəsi ilə səhv salaraq içib. Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasından verilən məlumata görə, şəhər sakini 2008-ci il təvəllüdlü Quliyeva Ulduz Ruslan qızı ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi müdaxilədən sonra uşağın səhhəti normallaşıb.

Araşdırma zamanı uşağın anası bildirib ki, 5 yaşlı Ulduz evdə nəzarətsiz qalan zaman şüşə qabda olan mebel yağını meyvə şirəsi bilərək içib və zəhərlənib.


Teqlər:  





Xəbər lenti