Şamaxıdan Qubaya birbaşa avtomobil yolu çəkilir

Şamaxıdan Qubaya birbaşa avtomobil yolu çəkilir
  22 Noyabr 2013    Oxunub:1540
Yaxın vaxtlarda Şamaxıdan Qubaya və digər şimal rayonlarına getmək üçün paytaxtdan keçməyə ehtiyac qalmayacaq.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, hazırda Böyük Qafqaz dağlarının arası ilə, 13 kilometr uzunluğu olan Şamaxı-Çuxuryurd-Qızmeydan avtomobil yolunun çəkilişi həyata keçirilir. Bu yol həm də Şamaxı-Quba avtomobil yolunun başlanğıcı hesab edilir. Sərt qayalıqlardan və dağ çaylarının üzərindən keçəcək Şamaxı-Quba avtomobil yolunun uzunluğu 110 kilometr, eni 12 metr olacaq.

İş icraçısı Rövşən Babayev bildirib ki, bu layihə reallaşdıqdan sonra artıq Şimal, Şimal-Qərb və Şirvan bölgələri üzrə hərəkət edən avtomobillər 200 kilometr az yol qət edəcək və Bakı şəhərinə daxil olmadan birbaşa regionlararası marşrutlar üzrə hərəkət edə biləcəklər. Müasir tələblərə cavab verəcək formada inşa olunacaq yeni yol respublikanın 2 regionunu birləşdirməklə yanaşı, Şamaxı və Quba rayonlarının ucqar dağ kəndlərində yaşayan əhalinin yol problemini də aradan qaldıracaq.

Şamaxı-Quba yolunun eyni zamanda bölgədə yeni turizm marşrutlarının açılmasına xidmət edəcəyi bildirilir. Belə ki, Böyük Qafqaz dağlarını kəsib keçəcək yol boyu yeni turizm obyektlərinin yaradılması nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti