“Yaşar mənim üçün hələ də yaşayır”

“Yaşar mənim üçün hələ də yaşayır”
  22 Noyabr 2013    Oxunub:1389
Bu gün Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, milli kino və teatrda əvəzsiz rolların ifaçısı Yaşar Nurinin ildönümüdür. Yaşar Nuri uzun sürən xəstəlikdən sonra ötən il 61 yaşında vəfat edib.
Azərbaycanın xalq artisti Firəngiz Mütəllimova mərhum Yaşar Nuri haqqında öz təəəsüratlarını AzVision.az-la bölüşdü:

“Nələr hiss etdiyimi bir Allah, bir də özüm bilirəm. Yaşarın yoxluğu çox pisdir. İnanmağım gəlmir. Ən yaxın sənət dostu kimi təsəvvür edin də nələr çəkirəm. Mən nələr yaşadım, nə zərbələr çəkdim ona hamı şahid oldu. Onun ölümü mənə nələrə nail oldu, nələrə başa gəldi. Səhhətimdə problemlər yarandı. Hələ də inanmıram ki, Yaşar yoxdur. Allah rəhmət eləsin nə deyə bilərəm”.

F.Mütəllimova onu da dedi ki, Yaşar Nurinin ailəsi ilə çox yaxşı əlaqəsi var və həyat yoldaşı Rəhimə xanımla həftədə iki-üç dəfə telefonla danışır.

Qeyd edək ki, mərhum Xalq Artistinin ildönümü noyabrın 26-da keçiriləcək.

Mirvari Nəcəfova


Teqlər:  





Xəbər lenti