`Baku World Challenge`də 4 maşın qəzaya uğradı bir maşın yandı

`Baku World Challenge`də 4 maşın qəzaya uğradı bir maşın yandı
  23 Noyabr 2013    Oxunub:1860
“Baku World Challenge”nin sərbəst sürüşlər üzrə yarışlarında dörd avtomobil qəzaya uğrayıb.
Bakıda FİA GT Series-in final mərhələsi - “Baku World Challenge”nin sərbəst sürüş üzrə yarışları başlayıb.

AzVision.az xəbər verir ki, yarışın ilk günü dörd avtomobil qəzaya uğrayıb. Qəzaya uğrayzn avtomobillər bir “Mercedes”, iki “Audi” və bir “Corvette”dir. Qəza zamanı “Audi” markalı avtomobillərdən birində yanğın baş verib, lakin alovun qarşısı dərhal alınıb. Pilot vaxtında avtomobili tərk etdiyindən xəsarət almayıb. Ümumilikdə, heç bir pilot xəsarət almayıb.

Qeyd edək ki, yarışda 14 beynəlxalq komanda və 30 avtomobil iştirak edir. Yarış iki gün davam edəcək.


Teqlər:





Xəbər lenti