Cüdoçumuz bürünc medal qazandı

Cüdoçumuz bürünc medal qazandı
  25 Noyabr 2013    Oxunub:1381
Azərbaycan cüdoçusu Əbu-Dabidə “Qran-pri” yarışlarında bürünc medal qazanıb.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Cüdo üzrə Azərbaycan yığması Əbu-Dabidə “Qran-pri” yarışlarının son günündə bir bürünc medal qazanıb.

Kiçik finalda iranlı Məhəmməd Camaliyə qalib gəlmiş Ramin Qurbanov fəxri kürsüyə qalxmışdır. Digər idmançılarımız Şahin Qəhrəmanov (90 kq) və Uşanqi Kokauri (+100 kq) ısə beşinci yeri tutaraq medalların bir addımlığında dayanıb.

AzərTAc xəbər verir ki, Ramin Qurbanov ilk iki döyüşü təmiz qələbə ilə başa vurmuşdur. O, əvvəlcə liviyalı Fransuaz Saadenin, sonra alman Mark Odentalın öhdəsindən asanlıqla gəlib. Lakin dörddəbir finalda bizim atletimiz italiyalı Valter Fasenteyə uduzub (vadza-ari) və təsəlli döyüşlərinə qoşulub. Bu döyüşlərin birincisində R.Qurbanov hindistanlı Avtar Sinqə, bilavasitə medal uğrunda döyüşdə isə “vadza-ari” fəndi sayəsində iranlı Məhəmməd Camaliyə qalib gəlib.

Ş.Qəhrəmanov (90 kq) ilk döyüşdə əlcəzairli Abderəhman Benamadiyə qarşı ippon fəndi işlədərək mübarizəni qələbə ilə başlayıb, amma dörddəbir finalda eyni stildə hollandiyalı Noel Van T Enduya uduzub. Qarşılıqlı atışlarla zəngin olan birinci təsəlli döyüşündə Şahin Qəhrəmanov tatami sahibi İvan Remarenkonun öhdəsindən gələ bilib, amma bürünc medal üçün döyüşdə adlı-sanlı rusiyalı rəqibi Kiril Denisova qalib gələ bilməyib.

+100 kq kateqoriyasında bizim komandamızı iki idmançı təmsil edirdi. “Qran-pri” yarışlarının debütantı Uşanqi Kokauri əvvəlcə küveytli Hüseyn Misriyə ippon fəndi ilə qalib gəlib, sonra rumın Daniel Nateyanı eyni stildə məğlub edib, lakin yarımfinalda rusiyalı Aslan Kambiyevə uduzdu. Üçüncü yer uğrunda döyüşdə Kokaurinin almaniyalı rəqibi Andre Bredbart bir “yuko” fərqlə onu üstələyib.

Yeri gəlmişkən, Almaniyanın nümayəndəsi bundan bir az əvvəl bizim komandamızın digər cüdoçusu Vaxtanq Bitiyevi məğlubiyyətə uğradib. V. Bitiyev Dörddə bir finalda hollandiyalı Roy Meyerə uduzub (vadza-ari), təsəlli döyüşündə isə onun alman rəqibi təmiz qələbə qazanıb.

Tural Səfquliyev (81 kq) isə təəsüf ki, son dərəcə uğursuz çıxış edib. O, elə ilk döyüşə italiyalı Luka Poetə uduzaraq sonrakı mübarizədən kənarda qalıb.


Teqlər:





Xəbər lenti