Bakıda qəza törədib qaçan sürücü yaxalanıb

Bakıda qəza törədib qaçan sürücü yaxalanıb
  25 Noyabr 2013    Oxunub:1236
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi yol hərəkətinin pozulması ilə bağlı birgə məlumat yayıblar.
Prokurorluqdan AzVision.az-a verilən məlumata görə, paytaxtın hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücülərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Noyabrın 23-də saat 21 radələrində paytaxtın Binəqədi rayonu ərazisində naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada, 1956-cı il təvəllüdlü Məmmədov Qaramolla Xasay oğlunu vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən noyabrın 24-də xəstəxanada ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin Məmmədov Allahverdi Valeh oğlunun idarə etdiyi “Kamaz” markalı avtomobillə törədilməsində əsaslı şübhələr olduğundan sonuncu tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Teqlər:  





Xəbər lenti