Karateçilərimiz 18 medalla qayıtdı
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu gün Vətənə qayıdan idmançıları yaxınları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar. WKC növləri üzrə Azərbaycan Karate-Do Federasiyasının prezidenti Nürəddin Quliyev nəticələrdən razı qalıb.
Döyüşçülər nəticənin heç də asan əldə olunmadığını və yarışın çox ciddi təşkil edildiyini deyiblər.
Komandanın tərkibində İtaliyaya yollanan xanımlarımız da əliboş dönməyib - 2 qızıl medal.
Qeyd edək ki, Azərbaycan yarışda 19 karateçi və 1 hakimlə təmsil olunub.
Teqlər: